MY-nin forvardı bu il oynaya bilməyəcək

MY-nin forvardı bu il oynaya bilməyəcək

"Mançetser Yunayted”in hücumçusu Aleksis Sançes bu il futbol oynaya bilməyəcək.

 

Fanat.Az xəbər verir ki, daha öncə məşqdə zədələndiyi açıqlanan forvardın durumu haqda "qırmızı şeytanlar”ın çalışdırıcısı Joze Mourinyo danışıb.

 

Portuqaliyalı mütəxəssis İngiltərə təmsilçisinin mətbuat xidmətinə belə deyib: "Başqa klublarda futbolçu oynamayanda bunu baş məşqçinin seçimi ilə əlaqələndirirlər. Bizdə isə əksinə, hansısa oyunçumuz meydana çıxmırsa, dərhla daxili intizam qaydalarına əməl etmədiyinə görə cəzalandırıldığı haqda informasiyalar dolaşır. Təəssüf ki, Sançesin zədəsi ciddidi. Sıralarımıza nə vaxt dönəcəyi haqda dəqiq söz demək çətin olsa da, təcrübəmə əsasən onun bu il komandaya kömək edə bilməyəcəyini söyləməliyəm”.

 

Qeyd edək ki, Sançes bu mövsüm MY formasıyla 12 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər