"Mançester Yunayted"də bir qayda olaraq ulduz futbolçuların geyindiyi 7 nömrəli formanın kimə verildiyi bəlli olub.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu şərəfə "Çelsi"dən transfer olunan Meyson Maunt layiq görülüb.

7 nömrəli forma hazırda "Əl-Nəsr"də top qovan Kriştianu Ronaldu klubu tərk edəndən sonra boş qalmışdı.
Bu nömrə altında müxtəlif dövrlərdə "qırmızı şeytanlar"ın Corc Best, Brayan Robson, Erik Kantona, Devid Bekhem kimi əfsanəvi oyunçuları çıxış edib.
Nihat