Mövsümün ən böyükhesablı ev qələbəsi

Mövsümün ən böyükhesablı ev qələbəsi
Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün rekordu qeydə alınıb. 
Fanat.Az xəbər verir ki, "Qəbələ” ən böyükhesablı ev qələbəsinin müəllifi olub. Bu, XX turun "Sumqayıt”la görüşünə təsadüf edib. 
5:0 hesabı ilə qalib gələn "qırmızı-qaralar” cari mövsümdə öz meydanında 5 qol vuran və 5 top fərqlə qələbə qazanan ilk komanda olub. Bunadək rekord "Keşlə”yə məxsus idi. Paytaxt təmsilçisi bu il fevralın 22-də keçirilən XVIII turun oyununda "Zirə”nin qapısından 4 top keçirib. 
Qeyd edək ki, ümumilikdə mövsümün rekordu "Qarabağ”a məxsusdu. Ağdam klubu səfərdə "Zirə”ni 6:0 hesabı ilə məğlub edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər