İsveç kubokunda qrup mərhələsinin ilk turunun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Musa Qurbanlının komandası “Yurqorden” də ilk matçına çıxıb.
Sözügedən komanda evdə “Skovde” ilə qarşılaşıb və 2:0 hesablı qələbəyə sevinib.
Musa da bu oyunun iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb.