Murad Musayevin köməkçiləri kim olacaq?

Murad Musayevin köməkçiləri kim olacaq?

"Sabah"ın yeni baş məşqçisi Murad Musayevin paytaxt təmsilçisindəki köməkçiləri müəyyənləşib.

Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, bunlar Artur Olenin, Aleksey Malaxov və Vitali Korneyevdir.

Artıq hər üç mütəxəssis Bakıya gəlib. Olenin 38 yaşlı rusiyalı mütəxəssisin əsas, Korneyev ikinci köməkçisi olacaq. Malaxov isə fiziki hazırlıq üzrə məşqçi funksiyasını yerinə yetirəcək.

Ancaq hələ "Sabah"ın məşqçilər korpusu tam komplekləşməyib. Yeni məşqçi təyinatı da gözlənilir. Sabiq çalışdırıcı Ramin Quliyev istefa verdikdən sonra köməkçilərindən İlkn Hüseynov da onunla birgə komandanı tərk etmişdi. "Qəbələ" ilə oyunun protokolunda adı olan Rəşad Hüseynovun taleyinə isə hələ aydınlıq gəlməyib. Onun "Sabah"da qalıb-qalmayacağına bu gün-sabah aydınlıq gəlməlidir. 

Qeyd edək ki, "Sabah" Murad Musayevlə 2 illik müqavilə bağlayıb. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər