Murad Musayev: “Məşqçilər belə oyunları sevmir”

Murad Musayev: “Məşqçilər belə oyunları sevmir”

“Sabah”ın baş məşqçisi Murad Musayev ölkə kubokunun 1/8 final mərhələsinin “Kəpəz”lə (3:4) oyunundan sonra mətbuat konfransında iştirak edib.

Fanat.Az xəbər verir ki, Musayev məşqçilərin belə oyunları sevmədiyini bildirib:

“Çox parlaq oyun gördük. Sona qədər qalibin kim olacağı məlum deyildi. Əlbəttə ki, belə matçlar azarkeşlərin çox xoşuna gəlir. Amma məşqçilər belə oyunları sevmir. Vacib olan qələbə idi. Çox şadam ki, qalib gəldik”.

Rusiyalı mütəxəssis “Qarabağ”ın Aleksey İsayevlə maraqlanması haqda deyilənlərə də münasibət bildirib:

“Bunlar şayiələrdir. Şayiələrə şərh vermək istəmirəm. Kluba heç bir təklif gəlməyib. Təklif olsa, müzakirə edə bilərik. Mən məşqçi olaraq onun getməsini istəmərəm”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər