Renat Dadaşovla Murad Mahmudovun formasını geyindiyi "Ayntraxt”ın U-19 komandası Almaniyanın gənclər Bundesliqasının cənub/cənub qərb zonasında növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Frankfurt təmsilçisi XV turdan təxirə salınmış oyunda "Vehen”in qonağı olub. "Ayntraxt”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşan görüşdə Renat Dadaşov gözə dəyməyib. Qeyri - müəyyən səbəbdən əsas millimizin gənc forvardının adı oyunun iştirak ərizəsinə salınmayıb. Digər həmyerlimiz Murad Mahmudov isə 83-cü dəqiqədə yeganə qolun müəllifi Cüzeppe Siqnorellinin əvəzinə meydana çıxıb.
Bu qələbədən sonra xal hesabını 23-ə çatdıran Frankfurt təmsilçisi turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.
Fanat.Az