Almaniya millisinin və "Bayern Münhen"nın əfsanəvi hücumçusu Tomas Müller yığmadakı karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, o, bu barədə qərarını özünün "Youtube" kanalında rəsmən açıqlayıb.
34 yaşlı futbolçu videomüraciətində deyib: “14 ildən çox və 131 beynəlxalq matçdan sonra Almaniya millisində karyeramı bitirmək qərarına gəldim. Bu video ilə Bundestimdə mənə dəstək olan bütün azarkeşlərə və komanda yoldaşlarıma təşəkkür edirəm. Ölkəmi təmsil etməkdən həmişə qürur duymuşam. İndi mən millini tribunalardan dəstəkləyəcəyəm".
Qeyd edək ki, Müller 2010-cu ilin oktyabrında ölkəsinin əsas komandasında debüt edib. O vaxtdan bəri Tomas millinin heyətində 131 oyun keçirib, 45 qol vurub. Hücumçu 4 Avropa çempionatında və 4 dünya çempionatında iştirak edib, 2014-cü ildə dünya çempionu olub. Onun Almaniya millisindəki son oyunu Avro-2024-ün 1/4 finalında İspaniya ilə matç (1:2) olub. Mirağa