Mükafatlandırmaya getmədi, gecəni məşhur müğənni ilə keçirdi - FOTO

Mükafatlandırmaya getmədi, gecəni məşhur müğənni ilə keçirdi - FOTO
PSJ-nin futbolçusu Neymar Fransa Peşəkar Futbolçular Birliyinin keçirdiyi "İlin futbolçusu" mükafatlandırma mərasiminə qatılmayıb.
Fanat.Az xəbər verir ki, braziliyalı ulduz məşhur müğənni Rihanna ilə əyləncəyə yollanıb. Onların gecə səhərə qədər əyləndiyi bildirilir.
Neymar gecə əyləncəyindən çəkilmiş fotonu sosial media hesabından paylaşıb. Fotoya 2,5 milyondan artıq "like" gəlib. Neymar fotoya "Kraliça və güclü qadın" şərhini yazıb. 
Mükafatlandırmaya getmədi, gecəni məşhur müğənni ilə keçirdi - FOTO
Eyni gecədən Rihanna da foto paylaşıb. Amma pop-star paylaşımda Neymara yer verməyib. 
Mükafatlandırmaya getmədi, gecəni məşhur müğənni ilə keçirdi - FOTO
Qeyd edək ki, Fransa Peşəkar Futbolçular Birliyi "İlin futbolçusu" mükafatını Neymarın PSJ-dəki komanda yoldaşı Kilian Mbappeyə verib. Braziliyalı futbolçunun mərasimə qatılmaması tənqidlərə səbəb olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər