"Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov övladları ilə birgə görüntüsünü paylaşıb.
İş adamının oğlu və qızları ilə istirahətdə olduğu görünür. Mənsimovun 3 övladı var.
O, paylaşdığı videonun altına bunları yazıb: "Bəzən suyun altında olduğum zaman özümü çox xoşbəxt hiss edirəm. Çünki xainliklərdən, yalanlardan uzaq oluram. Çünki təbiətin gerçək üzünü görürəm və bu məni çox xoşbəxt edir".
Qeyd edək ki, M. Mənsimov hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri sayılan və illik dövriyyəsi 3 milyard dollar olan "Palmali" Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi var.
Şirkətin tabeliyində 28 min nəfər dənizçilik sektorunda çalışır. Qrupun fəaliyyət sahəsindəki digər şirkətlər də hesaba qatılanda işləyənlərin sayı 45 mini keçir. (BAKU.WS)
Fanat.Az