"Mübariz Mənsimov İstanbuldan çıxmamaq şərtilə ev həbsindən azad edilib”.
Fanat.Az xəbər verir ki, bu barədə Mənsimovun köməkçisi Fidan Quliyeva öz "Facebook" hesabında məlumat verib.
Xatırladaq ki, FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən M. Mənsimovun bu ilin martında məhkəməsi keçirilmiş, o, 5 il müddətinə şərti cəza alaraq məhkəmə nəzarəti altında şərti azadlığa buraxılmışdı.