“Roma”nın baş məşqçisi Joze Mourinyu komandasının hücum xəttini Fil Dişi Sahilindən olan futbolçu ilə gücləndirmək istəyir.
Fanat.Az "Goal"a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis klubun baş direktoru Tyaqo Pintodan “Kristal Pelas”ın cinah oyunçusu Vilfrid Zahayla danışıqlara başlamasını istəyib.
Fil Dişi Sahilindən olan transfer qiyməti 29 yaşlı futbolçunun transfer qiyməti 38 milyon avro göstərilir. Onun "Kristal Pelas"la müqavilənin müddəti 2023-cü ilin yayına qədərdir.
Zaha ötən mövsüm "Kristal Pelas"ın heyətində 37 oyunda 15 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mirağa