Mourinyu təhqirə görə cəzalandırıldı

Mourinyu təhqirə görə cəzalandırıldı

İtaliya Futbol Federasiyası "Roma"nın baş məşqçisi Joze Mourinyunu cəzalandırıb.

Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, A seriyasının 7-ci turunda - "Atalanta" ilə matçda (0:1) qırmızı vərəqə alan portuqaliyalı mütəxəssis 1 oyunluq diskvalifikasiya edilib.

Ünlü çalışdırıcı oyunun gedişində meydana çıxaraq rəqibin adı açıqlanmayan futbolçusuna təhqiramiz sözlər deyib. 

Qeyd edək ki, Mourinyu sözügedən oyundan sonra matçın hakimlərini də tənqid atəşinə tutub.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər