Mourinyonun yerinə bu mütəxəssis keçir

Mourinyonun yerinə bu mütəxəssis keçir

"Mançester Yunayted"dəbu günistefaya göndərilən Joze Mourinyonun yerinə əsas namizəd müəyyənləşib. Fanat.Az"The Times" nəşrinə istinadən xəbər verir ki, "Tottenhem"in baş məşqçisi Maurisio Poçettinonun bu vəzifəni tutacağı daha real görünür.

Ancaq bu təyinatın yaydan tez gerçəkləşməyəcəyi bildirilir. İddiaya görə, "qırmızı şeytanlar" mövsümün əvvəlində London klubu ilə 5 illik yeni müqavilə imzalayan argentinalı mütəxəssis üçün qarşı tərəfə 34 milyon avro təzminat ödəməli olacaq. Poçettinonun özü də "Tottenhem"də qalmaqda elə də maraqlı deyil. Klub rəhbərliyinin bu yay heç bir transfer etməməsi təcrübəli çalışdırıcını işdən soyudub. Qeyd edək ki, Mourinyonun qovulmasından sonra yeni baş məşqçi təyin olunanadək komandanı müvəqqəti olaraq Maykl Kerrikin çalışdıracağı iddia olunur. Bununla bağlı rəsmi məlumatın yaxın 48 saat ərzində veriləcəyi bildirilib.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər