Mourinyonun yeni klubu açıqlandı - RƏSMİ

Mourinyonun yeni klubu açıqlandı - RƏSMİ
Maurisio Poçettinonu istefaya göndərən "Tottenhem"in yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Premyer Liqa təmsilçisi Joze Mourinyoya tapşırılıb. "Tottenhem" portuqaliyalı mütəxəssislə 2022/23 mövsümünün sonunadək müqavilə imzalayıb.
Qeyd edək ki, Mourinyo indiyədək Portuqaliyanın "Benfika", "Uniao de Leyria", "Portu", İngiltərənin "Çelsi" (iki dəfə), "Mançester Yunayted", İtaliyanın "İnter" və İspaniyanın "Real" klublarını çalışdırıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər