Mourinyo və İbrahimoviç yenidən eyni komandada - 7 il sonra

Mourinyo və İbrahimoviç yenidən eyni komandada - 7 il sonra

Joze Mourinyo və Zlatan İbrahimoviç yenidən bir arada çalışacaq. Fanat.az xəbər verir ki, "Mançester Yunayted"lə anlaşan portuqaliyalı mütəxəssisin isveçli ulduzu yanına aparacağı deyilir.

İbrahimoviç mövsümün sonunda PSJ-dən ayrılacaq. İsveçli ulduz uzun müddətdi ki, Premyer Liqada oynamaq arzusunda olduğunu dilə gətirir. O, hətta "İngiltərədə oynamağa hələ də gücüm var" açıqlamasını verib.

Mourinyo da İbrahimoviçlə bağlı yüksək fikirdədi. O, "İnter"də rəhbərliyi altında oynamış futbolçu üçün "Gördüyüm ən yaxşı forvarddı" demişdi.

Qeyd edək ki, Mourinyo və İbrahimoviç 2008-2009-cu illərdə "İnter"də birlikdə çalışıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər