Suriya Futbol Federasiyası millinin "sükanı arxası"na Joze Mourinyonu gətirməkdə maraqlı olub. Fanat.az xəbər verir ki, təcrübəli mütəxəssisə meneceri vasitəsi ilə təklif də göndərilib.
Ancaq portuqaliyalı çalışdırıcı bu təklifi qəbul etməyib. 53 yaşlı məşqçi digər təklifləri gözdən keçirdiyini bildirib.
Qeyd edək ki, "Porto", "Real", "Çelsi", "İnter" kimi klubları çalışdırmış Mourinyonun adı "Mançester Yunayted"lə birgə hallanır.
Fanat.az