Mourinyo dünyasını dəyişdi

Mourinyo dünyasını dəyişdi

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyonun ailəsində ağır itki baş verib. 

 

Fanat.Az xəbər verir ki, onun atası Feliks Mourinyo dünyasını dəyişib. "A Bola"nın yaydığı xəbərə görə, mərhum 79 yaşında vəfat edib.

Qeyd edək ki, gənclik illərində qapıçı kimi çıxış edən Feliks karyerasına başladığı "Vitoriya" ilə 2 dəfə Portuqaliya Kubokunu qazanıb. Daha sonra o, 1968 - 1974-cü illərdə "Belenensiş"də çıxış edib. 1981-1982-ci illər aralığında "Riu Ave"də,  1982-1983-cü illərdə "Belenensiş"də köməkçi-məşqçi və baş məşqçi olub. Həmin vaxt Joze Mourinyo atasının rəhbərliyi altında çıxış edib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər