Mourinyo 100 milyonluq təklifdən imtina etdi

Mourinyo 100 milyonluq təklifdən imtina etdi
"Mançester Yunayted"dən ayrıldıqdan sonra hələ də özünə iş tapmayan Joze Mourinyo Çindən gələn təklifi rədd edib.
 
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis "Quanqzou Everqrande"dən gələn 88 milyon funt-sterlinqlik (100 milyon avro) təklifi qəbul etməyib.
 
Klub rəhbəri Hui Ka Yanla bir araya gələn Mourinyo transferlə bağlı detalları danışıb. 56 yaşlı mütəxəssisin ailəvi səbəblərdən dolayı Çinə getməyi qəbul etmədiyi bildirilib. 
 
Mourinyo "Mançester Yunayted"də illik 15 milyon funt-sterlinq qazanırdı.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər