Motta darmadağını belə şərh etdi

Motta darmadağını belə şərh etdi

İtaliya çempionatının 1-ci turunda "Komo"nu darmadağın edən (3:0) "Yuventus"un baş məşqçisi Tyaqo Motta Turin komandasının çalışdırıcısı qismində A Seriyasındakı ilk qələbəsini dəyərləndirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini DAZN belə çatdırıb:

"Mbanquladan (komandasının ilk qolunu vurub) razı qaldım, xoş təsir bağışladı.  Bu gün meydana çıxmağı məşqlərdəki performansı ilə haqq edirdi. Ona görə şadam. Yalnız Mbanquladan yox, bütün futbolçulardan ən yaxşısını gözləyirəm. 

"Komo" B Seriyasında əla mövsüm keçirərək A Seriyasına yüksəldi. Onlara həmişə olduğu kimi, hörmətlə yanaşırıq. Lazım olanda müdafiə olunduq, topu ələ keçirəndə isə ağıllı qərar qəbul etməyi bacaran usta futbolçuların hesabına yaxşı həmlələr təşkil etdik. Komanda oyunu göstərdik".

Qeyd edək ki, "Yuventus" növbəti oyununu avqustun 26-da "Verona"ya qarşı keçirəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər