Moskvada jurnalisti döyən şəxsin kimliyi bilindi

Moskvada jurnalisti döyən şəxsin kimliyi bilindi

Rusiyalı jurnalist Aleksandr Şyoqolyov Avropa Liqasının 3-cü turu çərçivəsində baş tutan "Spartak" (Moskva) - "Lester Siti" (3:4) matçından sonra döyülüb.

Fanat.Az xəbər verir ki, "Telegram" vasitəsi ilə yayımlanan "Baza" kanalı jurnalistin "Spartak" fan-klubunun sabiq direktoru Valentin Korşunov tərəfindən döyüldüyünü açıqlayıb.

Sərxoş Korşunov onu çəkdiyi üçün Şyoqolyovu söyüb və media mənsubuna müxtəlif fiziki xəsarətlər yetirib. İnsidentdən sonra hər iki şəxs polis bölməsinə aparılıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər