Modriç də Ərəbistana gedə bilər

Modriç də Ərəbistana gedə bilər

“Real Madrid”ın ulduz futbolçusu Luka Modriç karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə AS məlumat yayıb. 

Xəbərə görə, adı açıqlanmayan klubun xorvatiyalı yarımmüdafiəçiyə ilinə 50 milyon avro ödəməyə hazırdır.

Modriç hazırda "Real Madrid"də ilində 25 milyon avro qazanır. 37 yaşlı futbolçunun klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. Modriç özü Madrid də qalmaq istəsə də, kral klubundan hələ də sözləşmənin yenilənməsinə dair təklif almayıb. 

Qeyd edək ki, təcrübəli futbolçu 2012-ci ildən "Real Madrid"də çıxış edir. O, 307 oyunda meydana çıxıb və 25 qola imza atıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər