Minskdə ardıcı üçüncü məğlubiyyət

Minskdə ardıcı üçüncü məğlubiyyət

Belarusun paytaxtı Minskdə təşkil olunan 2-ci MDB Oyunlarında iştirak edən futzal üzrə 19 yaşadək Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 1:9 hesabı ilə məğlub olub.

U-19-un qolunu Bəyoğlan Vəlizadə vurub.

Millimiz turnirdə növbəti oyununu avqustun 11-də Rusiya yığmasına qarşı keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər