"Minsk-2019": Boksçumuz finala yüksəldi

"Minsk-2019": Boksçumuz finala yüksəldi
Azərbaycan boksçusu Alfonso Dominqes II Avropa Oyunlarında finala yüksəlib.
Fanat.Az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda italiyalı Fiori Simone ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:1. Dominqes finalda Gor Nersesyan (Ermənistan) - Benjamin Uittaker (Böyük Britaniya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, bir qədər əvvəl digər boksçu Lorenzo Sotomayor (69 kq) yarımfinalda uduzaraq bürünc medal qazanıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər