"Minsk-2019": İki boksçumuz 1/4 finalda - YENİLƏNİB

"Minsk-2019": İki boksçumuz 1/4 finalda - YENİLƏNİB
Azərbaycanın daha bir boksçusu  "Minsk 2019” II Avropa Oyunlarında 1/4 finala vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda belaruslu Mixail Dolqolevetslə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 5:0.
Dominges 1/4 finalda El Mohor (Belçika) - Yan Muzik (Çexiya) cütünün qalibi ilə döyüşəcək. Boksçu 1/16 finalda ukraynalı Stepan Qrekulanı mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, bu gün Cavid Çələbiyev (60 kq) moldovalı Dorin Buskanı məğlub edərək 1/4 finala yüksəlib.
***16.14
Azərbaycan boksçusu Cavid Çələbiyev "Minsk 2019” II Avropa Oyunlarında 1/4 finala vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda moldovalı Dorin Buska ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 5:0.
Çələbiyev 1/4 finalda Yordan Rodriqez (Fransa) - Otar Eranosyan (Gürcüstan) cütünün qalibi ilə döyüşəcək. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər