“Minsk-2019”: Bir "qızıl", 3 "bürünc" şansı - YENİLƏNİB

“Minsk-2019”: Bir "qızıl", 3 "bürünc" şansı - YENİLƏNİB
Azərbaycanın sərbəst güləşçisi Mahir Əmiraslanov "Minsk 2019” II Avropa Oyunlarında finala yüksəlib.
Fanat.Az xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda rusiyalı Zaur Uquyevlə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 3:2.
Əmiraslanov həlledici görüşdə serbiyalı Stevan Miçiçlə üz-üzə gələcək. Final sabah keçiriləcək.
86 kq çəki dərəcəsində yarışan Aleksandr Qostiyev yarımfinalda rusiyalı Dauren Kuruqliyevə uduzub. O da bürünc medal uğrunda mübarizə aparacaq.
125 kq çəki dərəcəsində mübarizə aparan Cəmaləddin Məhəmmədov gürcüstanlı Givi Matçaraşvili üz-üzə gəlib. Məğlub olan Azərbaycan təmsilçisi üçüncü yer uğrunda qarşılaşmaya çıxacaq.
1/8 finalda məğlub olan Hacımurad Hacıyev isə rəqibi finala çıxdığı üçün təsəlliverici görüşdə iştirak hüququ qazanıb.
***14.17
Azərbaycanın 2 güləşçisi Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına qələbə başlayıb.
Fanat.Az xəbər verir ki, bu gün ilk olaraq sərbəst güləşçilər mübarizəyə qoşulub. 
Mahir Əmiraslanov (57 kq) 1/8 finalda Bolqarıstan təmsilçisi Georgi Vangelovu 6:5 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. 22 yaşlı idmançımız bu mərhələdə makedoniyalı Vladimir Yeqorovu 4:0 hesabı ilə məğlub edib və yarımfinala çıxıb. Mahir bu mərhələdə rusiyalı Zaur Uquyevlə görüşəcək.
125 kq çəkidə çıxış edən Cəmaləddin Məhəmmədov isə 1/8 finalda belaruslu Vitali Piasniaka qalib gəlib – 6:0. O, 1/4 finalda macarıstanlı Daniel Liqetidən güclü olub - 6:5. Cəmaləddin final uğrunda görüşdə gürcü idmançı Givi Matçaraşvili ilə qarşılaşacaq.
86 kq çəki dərəcəsində mübarizə aparan Aleksandr Qostiyev 1/4 finalda gürcüstanlı Sandro Amınaşvilini 6:2 hesabı ilə üstələyib. O, 1/2 finalda Rusiya güləşçisi Dauren Kuruqliyevi sınağa çəkəcək.
74 kq çəki dərəcəsində yarışan Hacımurad Hacıyev isə 1/8-də türkiyəli Soner Demirtaşa uduzub - 3:4. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər