Millinin oyunlarının təqvimi müəyyənləşdi

Millinin oyunlarının təqvimi müəyyənləşdi

19 yaşadək futzalçılar arasında təşkil olunacaq AÇ-2023-ün əsas mərhələsində mübarizə aparacaq Azərbaycan millisinin yer aldığı 5-ci qrupun təqvimi açıqlanıb. 

Fanat.Az xəbər verir ki, millimiz martın 22-də Fransadan olan həmyaşıdları ilə üz-üzə gələcək. 

Ertəsi gün rəqib Bosniya və Herseqovina futzalçıları olacaq. Ağatahir Əzimovun başçılıq etdiyi U-19 bu mərhələdə son görüşünü Yunanıstan yığmasına qarşı keçirəcək.  Qeyd edək ki, 5-ci qrupun oyunları Bosniya və Herseqovinada təşkil olunacaq.

Fransa – Azərbaycan 22 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 20:00

Yunanıstan – Bosniya və Herseqovina 22 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 23:00

Yunanıstan – Fransa 23 mart. Şiroki Brijeq şəhəri, Pecara İdman zalı. Saat 20:00

Bosniya və Herseqovina – Azərbaycan 23 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 23:00

Azərbaycan – Yunanıstan 25 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 20:00

Bosniya və Herseqovina – Fransa 25 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 23:00

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər