Final mərhələsi 2024-cü ildə Özbəkistanda təşkil olunacaq futzal üzrə dünya çempionatının elit-raundunda keçiriləcək Azərbaycan - Niderland oyununa təyinatlar açıqlanıb.
Fanat.Az xəbər verir ki, sentyabrın 20-də, saat 20:00-da, Bakı İdman Sarayında keçiriləcək matçı Kiprdən olan hakimlər briqadası idarə edəcək. Hakimlər: Yianqos Yianqou, Nikolas Nikolaou, Larisa Eleni Avramidou (Hakimlər briqadası Kiprdəndir) Hakim-inspektor: Sebastian Stauicki (Polşa) UEFA nümayəndəsi: Avi Levi (İsrail)