Millinin baş məşqçisi istefaya göndərildi

Millinin baş məşqçisi istefaya göndərildi

Tunis millisinin baş məşqçisi Monder Kebayer istefaya göndərilib.

Fanat.Az xəbər verir ki, bu barədə Tunis Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Artıq yeni baş məşqçi də müəyyənləşib. Kebayerin boşaltdığı posta onun köməkçisi Calil Kadri təyin olunub.

Qeyd edək ki, Tunis yığması Afrika Millətlər Kubokunun 1/4 finalında Burkina Fasoya uduzaraq (0:1) mübarizəni dayandırıb. Kebayer 2019-cu ildən Tunir millisini çalışdırırdı.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər