Millinin AÇ planı müəyyənləşdi

Millinin AÇ planı müəyyənləşdi

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsinə hazırlıq planları bəlli olub.

Fanat.Az-ın məlumatına görə, Joze Alesio Da Silvanın rəhbərlik etdiyi yığma komanda yanvarın 5-də hazırlığa başlayacaq. 

Legionerlər bir qədər gec - yanvarın 7-8-də düşərgədə olacaqlar. Milli on gün Bakıda hazırlaşdıqdan sonra yanvarın 16-da ölkəni tərk edəcək. 

Xəbər verdiyimiz kimi, futzalçılarımız Niderlanda yollanmazdan əvvəl, ayın 17-də Belçika millisi ilə yoldaşlıq oyunu keçirəcək. Bu üzdən səfərə Bakı-İstanbul-Brüssel reysi ilə çıxacaq yığma Belçikanı yanvarın 18-də avtobusla tərk edərək 4 saatlıq yolçuluqdan sonra Niderlandda olacaq. Ayın 19-21-i aralığında komanda final mərhələsinin ilk iki oyununu keçirəcəyi Qroningen şəhərindəki "Martini Plaza"da məşq edəcək.

Qeyd edək ki, futzal üzrə Avropa çempionatının final mərhələsi gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək. Ardıcıl 6-cı dəfə final mərhələsində iştirak edəcək Azərbaycan millisi yanvarın 22-də Gürcüstan, 26-da İspaniya, 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.  Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər