Millimizin üzvünün Zidansayağı zərbəsi - VİDEO

Millimizin üzvünün Zidansayağı zərbəsi - VİDEO

Almaniya II Bundesliqasında XXVI turun oyunlarına start verilib. Fanat.Az xəbər verir ki, milli komandamızın üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” də növbəti matçına çıxıb.

 

“Bənövşəyilər” doğma azarkeşlər önündə “Sankt Pauli” ilə qarşılaşıblar. Görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə başa çatıb.

 

Matça start heyətində başlayan Nazarov 77-ci dəqiqədə əvəzlənib. Oyunda vurulan yeganə qolda Nazarovun da payı olub. Onun Zidansayağı zərbəsindən sonra komanda yoldaşı möhtəşəm qol vurub. 

 

Qeyd edək ki, 26 oyundan sonra aktivində 26 xal olan “Aue” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər