Millimizin üzvü sabiq komandasına uduzdu

Millimizin üzvü sabiq komandasına uduzdu

Almaniya II Bundesiqasında VII turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, milli komandamızın üzvü Dmitri Nazarovun hazırkı klubu “Aue” onun keçmiş komandası “Karlsrue” ilə qarşılaşıb.

 

Nazarov sabiq komandasına qarşı matçda 90 dəqiqə meydanda olub. Görüş isə meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, 7 oyundan sonra aktivində 7 xal olan “Aue” 12-ci pillədə qərarlaşıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər