Ukrayna çempionatında IV turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, milli komandamızın müdafiəçisi Pavel Paşayevin formasını geydiyi “Aleksandriya” səfərdə “Çernomorets”lə üz-üzə gəlib.
Meydana start heyətində çıxan və 90 dəqiqə mübarizə aparan Paşayev 25-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Görüş 2:2 hesabı ilə yekunlaşıb ki, “Aleksandriya” 80 və 87-ci dəqiqələrdə vurduğu qollarla yenilgidən qaçıb.
Bu matçda “Çernomorets”in start heyətində yer alan “Qəbələ”nin sabiq hücumçusu Aleksey Antonov sona 14 dəqiqə qalmış əvəzlənib.
Qeyd edək ki, 4 turdan sonra 3 xalı olan “Aleksandriya” turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.
Fanat.Az