Millimizin üzvü "Fənərbaxça"ya qol vurdu

Millimizin üzvü "Fənərbaxça"ya qol vurdu

Türkiyə Super Liqasında II turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakla U-21-in sabiq üzvü Umut Sönmezin forma geyindiyi "Kayserispor" səfərdə "Fənərbaxça" ilə qarşılaşıb. 

Futbolçularımızın komandası oyundan heç-heçə ilə ayrılıb - 3:3. Ufuk görüşün 82-ci dəqiqəsində, hesab 2:2 olarkən meydana çıxıb. Bundan cəmi 8 dəqiqə sonra millimizin üzvü qol vurub. Amma komandası qələbə hesabını qoruya bilməyib. 38-ci dəqiqədən etibarən azlıqda qalan "Fənərbaxça" 90+3-cü dəqiqədə məğlubiyyətdən qaça bilib. Umut isə ehtiyatda qalıb.

Qeyd edək ki, "Kayserispor" 2 turdan sonra 1 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər