Millimizin üzvü “Bursaspor”dan qovuldu

Millimizin üzvü “Bursaspor”dan qovuldu

Milli komandamızın üzvü Dəniz Yılmaz növbəti dəfə “Bursaspor”dan kənarlaşdırılıb. Fanat.Az xəbər verir ki, buna səbəb kimi 29 yaşlı futbolçunun qeyri-sabit çıxışı göstərilib.

 

Super Liqanın XXX turunda “Çaykur Rizəspor”a böyük hesabla (0:6) məğlub olan “ağ-yaşıllar”da Dənizin adı “18-liy”ə daxil edilməmişdi. Məlum olub ki, baş məşqçi Adnan Örnəkin raportu əsasında oyunçu qeyri-müəyyən müddətə komandadan kənarlaşdırılıb.

 

Bununla Yılmaz cari mövsümdə ikinci dəfə eyni aqibətlə izləşir. Bir müddət əvvəl Sərcan Yıldırımla birlikdə heyətdən kənarlaşdırılan hücumçu 5 gündən sonra bağışlanılmışdı.

 

Qeyd edək ki, bu mövsüm ümumilikdə keçirdiyi 21 matçda 5 qola imza atan Dəniz Yılmazın “Bursaspor”la müqavilə müddəti 2019-cu ilin yayına qədərdi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər