Millimizin üzvü bir oyunda 7 qol vurdu - 31:0

Millimizin üzvü bir oyunda 7 qol vurdu - 31:0

Futbol üzrə Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Aue" klubu yoxlama matçında "VFC Rayhenbax" klubu ilə qarşılaşıb.

Fanat.az xəbər verir ki, Nazarovun komandası rəqibini meydana çıxmağa peşman edib. Belə ki, oyun "Aue"nin 31:0 hesablı qələbəsi ilə yekunlaşıb.

31 qolun qeydə alındığı qarşılaşmada millimizin üzvü rəqib qapıçısını 7 dəfə məyus edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər