Millimizin üzvü Almaniyada 6-cı qolunu vurdu

Millimizin üzvü Almaniyada 6-cı qolunu vurdu

21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Bilal Sezər Almaniyada qol vurub. Fanat.az xəbər verir ki, gənc futbolçu Münhenqladbax "Borussiya"sının U-23 komandasında fərqlənib.

Onunun komandası Regional Liqanın XXIII turunda "Vegberq-Beek"in qonağı olub və 6:2 hesablı qələbə qazanıb. Start heyətində yer alan Bilal 75-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesabı 5:2-yə çatdırıb. 

Bu Bilanın cari mövsüdə Regional Liqada vurduğu 6-cı qol olub. Onun komandası 23 turdan sonra 47 xalla turnir cədvəlinə başçılıq edir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər