Dmitri Nazarovun çıxış etdiyi "Karlsrue" yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, millimizin futbolçusunun forma geyindiyi klub II Bundesliqadakı rəqibi "Qroyter Furt"la qarşılaşıb.
Oyun "Karlsrue"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 46-cı dəqiqədə meydana çıxan Nazarov 72-ci dəqiqədə penaltidən komandasına qələbə qazandıran qola imza atıb.
Fanat.az