Türkiyənin PTT 1-ci liqasında qış fasiləsi başa çatıb. Fanat.az xəbər verir ki, millimizin sabiq üzvü Ufuk Budakın çıxış etdiyi "Qaziantep BB" XVIII turda "Balıkesirspor"u qəbul edib.
Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Ufuk Budak 60-cı dəqiqədə qırmızı vərəqə alıb.
Qeyd edək ki, "Qaziantep BB" 18 turdan sonra 24 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Fanat.az