Millimizin sabiq üzvü Almaniyada dubl etdi

Millimizin sabiq üzvü Almaniyada dubl etdi
Almaniyanın Regional Liqasında XXVI turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın çıxış etdiyi "Fortuna"nın U-23 komandası səfərdə "Vattenşayd"la qarşılaşıb. 
6 qolun vurulduğu görüş heç-heçə başa çatıb - 3:3. Start heyətdə meydana çıxan Erat sonadək mübarizə aparıb və sarı vərəqə ilə cəzalanıb. O, eyni zamanda komandasını məğlub durumdan çıxararaq, bir xal qazanmasına kömək edib. Belə ki, Erat 50-ci dəqiqədə hesabı 2:2 edib. 90+1-ci dəqiqədə isə matçda son nöqtəni qoyub - 3:3. Bu millimizin sabiq üzvünün cari mövsümdə Regional Liqada 7-ci qolu olub.
Qeyd edək ki, Toğrulun komandası hazırda 36 xalla 19 klub arasında 6-cı pillədə qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər