Millimizin rəqibinin heyəti açıqlandı

Millimizin rəqibinin heyəti açıqlandı

17 yaşadək futbolçular arasında Bakıda keçiriləcək Avropa çempionatında Azərbaycan millisi ilə eyni qrupda yer alan Belçika yığmasının heyəti açıqlanıb.

Qol.az-ın Belçika mətbuatına istinadən verdiyi xəbərə görə, baş məşqçi Tyerri Sikenin açıqladığı heyətdə 23 futbolçu yer alıb.

Qeyd edək ki, Belçika yığması ölkəmizə şənbə günün gələcək.

Qapıçılar: Brent Qabriel, Mille Svilar

Müdafiəçilər: Hans Delkrua, Sebastyan Bornau, Dam Fulon, Pol Hernandes, Onur Gurler, Dauda Peters, Zinyo Vanhösden

Yarımmüdafiəçilər: Milan Karrin, Françesko Antonuççi, İndi Bunen, Xian Emmers, Natanel Frenoy, Sufian Karkaş, Senn Linen, Lui Verstrete

Hücumçular: Adrien Bonqiovanni, Luka Bonnano, Conatan İngi Yonsson, Lua Openda, Jül van Hekke, Tibo Verlinden

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər