Millimizin "DÇ"dəki rəqibləri nə vaxt müəyyənləşəcək?

Millimizin "DÇ"dəki rəqibləri nə vaxt müəyyənləşəcək?
Futzal üzrə milli komandamız dünya çempionatında iştirak edəcək. "Pley-off" mərhələsində Hollandiyanı mübarizədən kənarlaşdıran yığmamız tarixində ilk dəfə mundiala qatılmaq hüququ əldə edib.
Fanat.az xəbər verir ki, yığmamızın dünya çempionatındakı rəqibləri mayın 19-da müəyyənləşəcək. Püşkatma mərasimi Kolumbiyanın Medelin şəhərində keçiriləcək.
Qeyd edək ki, artıq dünya çemponatının 24 iştirakçısından 16-sı müəyyənləşib: Kolumbiya, Azərbaycan, Qazaxıstan, Portuqaliya, Rusiya, İspaniya, Ukrayna, Avstraliya, İran, Tayland, Özbəkistan, Vyetnam, Argentina, Braziliya, Paraqvay, Solomon adaları.
Avropa zonasından son vəsiqənin sahibi bu gün keçiriləcək İtaliya - Macarıstan oyununda müəyyənləşəcək. Komandalar arasındakı ilk oyunda italyanlar qələbə qazanıb - 3:0.
Qalan 7 vəsiqədən 4-ü KONKAKAF (Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi), 3-ü Afrikanın payına düşür. Afrikada seçmə mərhələ 15-24 apreldə, KONKAKAF zonasında 8-14 mayda keçiriləcək.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 10-da başlayacaq və oktyabrın 1-də yekunlaşacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər