21 yaşədək futbolçulardan ibarət milli komandalar arasında "AVRO-2017"nin seçmə mərhələsi davam edir. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı 7-ci qrupda daha iki oyun keçirilib.
Öz meydanında yığma komandamızla bərabərliyə razılaşan Rusiya millisi bu dəfə də Almaniyaya məğlub olub - 0:2. Qrupumuzdakı digər komandaların oyununda isə Avstriya Farer Adalarına minimal hesabla qalib gəlib - 1:0.
Bu nəticələrdən sonra Almaniya millisi 7 oyunda 7 qələbə qazanaraq, maksimum nəticə ilə qrupda liderliyini davam etdirib. Avstriya seçmə komandası isə keçirdiyi 6 oyunda topladığı 15 xalla ikinci pilləyə yüksəlib. Maraqlıdı ki, Avstriyanın qələbə qazanmasına qədər milli komandamızın qrupdan çıxmaq üçün kağız üzərində də olsa şansları var idi. Ancaq bundan sonra hesabında 7 xal olan Yaşar Vahabzadənin yetirmələri ehtiyatdakı iki oyununda da qələbə qazansa belə, 15 xallı Avstriya millisinə çata bilməyəcək.
| 1 | Almaniya | 7 | 7 | 0 | 0 | 26-4 | 21 |
| 2 | Avstriya | 6 | 5 | 0 | 1 | 18-7 | 15 |
| 3 | Finlandiya | 5 | 3 | 0 | 2 | 6-6 | 9 |
| 4 | Azərbaycan | 8 | 2 | 1 | 5 | 7-18 | 7 |
| 5 | Rusiya | 6 | 1 | 1 | 4 | 7-13 | 4 |
| 6 | Farer Adaları | 6 | 0 | 0 | 6 | 1-17 | 0 |
| 7 | Almaniya | 7 | 7 | 0 | 0 | 26-4 | 21 |
Fanat.az