Millimizin oyunçuları autsayderə qarşı

Millimizin oyunçuları autsayderə qarşı
Azərbaycan milli komandasının futbolçuları Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdikləri "Boavişta" bu gün Portuqaliya çempionatında növbəti oyununu keçirəcək.
Qol.az-ın məlumatına görə, Portu təmsilçisi XIV turda "Tondela"nın qonağı olacaq. Matç Bakı vaxtilə saat 20:00-da start götürəcək. Ağayevin start heyətində olacağı, Mahmudovun ehtiyatda qalacağı gözlənilir. 
 
Xatırladaq ki, 13 turdan sonra "Boavişta" 13 xalla turnir cədvəlində 14-cü, "Tondela" isə 9 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər