Millimizin iki üzvü bugünkü oyunu buraxacaq

Millimizin iki üzvü bugünkü oyunu buraxacaq

Azərbaycan milli komandasının karantinə alınmış futzalçıları yenidən COVID-19 testindən keçib.

Fanat.Az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Emin Kürdov və Xətai Bağırovda nəticə pozitiv çıxıb. Onlar bugünkü matçda iştirak etməyəcəklər və 7 gün karantində qalacaqlar.

Həkim Fuad Səfərov və məşqçi Ağakərim Həsənovla bağlı sənədləşmə isə düzgün aparılmayıb. Nəticədə onlardan yenidən PCR test götürülüb.

Qeyd edək ki, Azərbaycan millisi bu gün Bosniya və Herseqovina ilə üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər