Millimizin hücumçusu yenilgiyə üzüldü

Millimizin hücumçusu yenilgiyə üzüldü

Futbol üzrə Türkiyə 1-ci liqasında 26-cı turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Ankaragücü” ilə qarşılaşıb. Futbolçumuzun komandası 1:2 hesabı ilə yenilib.

Namik start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.   “Bursaspor” 26 turdan sonra 24 xalla 19 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər