Renat Dadaşovun komandası - “Ayntraxt” növbəti sınaq oyununa çıxıb. Fanat.Az xəbər verir ki, rəqib Frankfurtun digər təmsilçisi "FSV Frankfurt" olub.
Renat elita təmsilçisinin 5:2 hesablı qələbəsiylə bitən görüşün fasiləsindən sonra meydana çıxıb. Millimizin gənc forvardı 47-ci dəqiqədə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, xorvat çalışdırıcı Niko Kovaç bir gün öncəki yoxlama oyununda - İspaniya "Betis"i ilə dueldə Dadaşovu oynatmamışdı.
Fanat.Az