Türkiyə Kubokunda III təsnifat mərhələsinin oyunları keçirilir. Fanat.Az xəbər verir ki, millimizin forvardı Dəniz Yılmazın və U-21 yığmamızın üzvü Ozancan Gökcünün komandası - “Bursaspor” da turnirdə ilk sınağına çıxıb.
Bursalılar aşağı liqa təmsilçilərindən “Tarsus İdman Yurdu" ilə üz-üzə gəlib. "Yaşıl timsahlar" 4:0 hesablı qələbə sayəsində növbəti mərhələyə adlayıb.
Dəniz 90 dəqiqə meydanda olub və dubla imza atıb. Ozancanın adı isə matçın iştirak ərizəsinə salınmayıb.
Fanat.Az