Millimizin forvardı 90 dəqiqə oynadı

Millimizin forvardı 90 dəqiqə oynadı

Millimizin forvardı Dəniz Yılmazın şərəfini qoruduğu “Bursaspor” növbəti yoxlama oyununa çıxıb. klubu yeni mövsümün hazırlığını davam etdirir. Fanat.Az xəbər verir ki, "timsahlar" “Balıkesirspor”la üz-üzə gəlib. 

Oyun “Bursaspor”un 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib. Yılmaz start heyətində yer alıb və sonadək meydanda olub.

 

Bursa komandasının “Keçiörengücü” ilə keçirdiyi öncəki sınaq qarşılaşmasında Dəniz qol vurmuş və məhsuldar ötürmə vermiş, 4:0 hesablı qələbədə pay sahibi olmuşdu. 


Fanat.Az

 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər