Millimizin daha bir üzvü azarkeşlərdən üzr istədi

Millimizin daha bir üzvü azarkeşlərdən üzr istədi

Azərbaycan millisinin futbolçusu Təmkin Xəlilzadə Portuqaliyaya uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunu ilə bağlı paylaşım edib.

Fanat.Az xəbər verir ki, 28 yaşlı cinah oyunçusu "Instagram" hesabında məğlubiyyətə görə məyus olduğunu bildirib.

"Kəlmələrə sığmayacaq qədər üzgünəm. Hər zaman yanımda olan, dəstək verən azarkeşlərimdən üzr istəməyi özümə borc bilirəm", - deyə Xəlilzadə vurğulayıb.

Yığmanın yarımmüdafiəçisi Qara Qarayev isə azarkeşlərə təşəkkür edib: "Şübhəsiz ki, siz daha çox qalibiyyətlərə layiqsiniz".

Qeyd edək ki, qarşılaşma Portuqaliyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər